Modern.az

Azərbaycan iqtisadiyyatında cüzi BÖYÜMƏ

Azərbaycan iqtisadiyyatında cüzi BÖYÜMƏ

İqtisadiyyat

14 Mart 2023, 14:42

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 812,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

 

Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,6 5 artıb.

 

ÜDM istehsalının 50,3 %-i sənaye, 8,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i tikinti, 2,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 %-i informasiya və rabitə sahələrinin, 16,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9 %-ni təşkil edib.

 

İl ərzində ölkədə adaşmbaşına düşən ÜDM-in dəyəri 2,4 % artaraq 1 956 manat olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı