\"Meta\" 10 min nəfəri işdən çıxardı

\

15 Mart 2023, 00:39

"Facebook", "Instagram" kimi nüfuzlu sosial şəbəkələrin sahibi olan "Meta" şirkəti 10 min iş yerini ixtisar edib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin sahibi Mark Zukerberq məlumat yayıb.

 

Bu, şirkətdə həyata keçirilən kütləvi ixtisarların ikinci mərhələsidir. Noyabr ayında şirkət 11.000 işçini ixtisar etdiyini açıqlamışdı.

 

Zukerberq işçilərə ünvanladığı mesajda qeyd edib ki, ixtisarlar nəticəsində şirkətdəki “idarəetmə təbəqələri” aradan qaldırılacaq və menecerlərin töhfəsi genişlənəcək. Bundan əlavə, yeni işçilərin işə götürülməsi planları dayandırılacaq və prioritet olmayan layihələr məhdudlaşdırılacaq.

 

“Asan olmayacaq, amma qaçılmazdır. Bu o deməkdir ki, biz uğurlarımızın bir hissəsi olan istedadlı və ehtiraslı həmkarlarımızla vidalaşmalı olacağıq”, - deyə Zukerberq bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynada son vəziyyə - Azərbaycanlı polkovnik danışır