Modern.az

Nəqliyyat infrastukturu gücləndirilir - NAZİR

Nəqliyyat infrastukturu gücləndirilir - NAZİR

İqtisadiyyat

15 Mart 2023, 11:36

Azərbaycan nəqliyyat infrastukturunun gücləndirilməsi üzərində çalışır və mühüm resurslara sərmayə qoyur.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə deyib.

 

Onun sözlərinə görə, ASCO və Bakı limanı Xəzər regionunun ən iri dəniz strukturlarıdır:

 

"Bundan başqa, Silk Way aviaşirkəti ən iri yük aviaşirkətidir. Həmçinin ötən il tranzit yük daşımalarında artım 75 faiz olaraq 11 milyon tona çatıb. Biz Bakı-Tbilisi-Qars (BTQ) yolu ilə yük axınının artırılması üzərində çalışırıq, Bakı limanının tikintisinin ikinci mərhələsinin layihələndirilməsinin isə bu ilin oktyabrınadək tamamlanacağı planlaşdırılır".

 

Nazir, həmçinin bir gəminin boşaldılmasının 12 saatdan 4 saatadək azaldığını qeyd edib:

 

"Nəqliyyat infrastrukturumuz demək olar ki, liman, gömrük və digər strukturlarla inteqrasiya üçün hazırdır. Bu gün biz artıq Gürcüstan və Qazaxıstandan olan həmkarlarımızla analoji işləri tənzimləmişik və bu bizə yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verib".

 

O, eyni zamanda bir konteynerin Çindən Gürcüstan ərazisindən keçərək Azərbaycana çatdırılma qiymətinin 5 min dollardan 3,2 min dollara düşdüyünü və bu qiymətin yaxın üç il ərzində sabit qalacağını bildirib.

 

"Həmçinin Azərbaycan tərəf Boston Consulting ilə birlikdə gömrük prosedurlarının rəqəmsallaşdırılması üzərində çalışır", - nazir əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!