Modern.az

“AzerGold”un vergi ödənişləri artıb

“AzerGold”un vergi ödənişləri artıb

İqtisadiyyat

15 Mart 2023, 15:18

AzerGold” QSC tərəfindən 2022-ci il ərzində dövlət büdcəsinə 39.2 milyon manat vergi ödənilib.

 

Modern.az xəbər verir ki, hesabat ilində Cəmiyyətin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri isə 5.3 milyon manatdan çox olub. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə vergi ödənişlərində 32%, DSMF ödənişlərində isə 60% artım deməkdir.

 

Cəmiyyətin ümumi fəaliyyət dövrü ərzində vergi ödənişləri 103.7 milyon manat, DSMF ödənişləri isə 14.7 milyon manat təşkil edib. Qeyd edək ki, 2021-ci il vergi ödənişləri 29.7 milyona manat, DSMF ödənişləri isə 3.3 milyon manat təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!