Modern.az

Qazaxıstan Türk Fonduna 100 milyard ayıracaq

Qazaxıstan Türk Fonduna 100 milyard ayıracaq

İqtisadiyyat

16 Mart 2023, 22:10

Qazaxıstan Türk İnvestisiya Fonduna 100 milyard tenge investisiya yatırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin "Zakon.kz" nəşri yazıb.

 

Bildirilib ki, Qazaxıstan Milli İqtisadiyyat Nazirliyi bununla bağlı qərar qəbul edib.

 

Nəşr diqqətə çatdırıb ki, fondun yaradılması regiondaxili ticarətə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə və logistikanın genişləndirilməsinə töhfə verəcək.

 

Xatırladaq ki, bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi