Modern.az

Ötən ilin büdcə göstəriciləri açıqlandı

Ötən ilin büdcə göstəriciləri açıqlandı

İqtisadiyyat

17 Mart 2023, 11:00

Azərbaycan Respublikasının 2022-ci il icmal büdcəsinin gəlirləri 36760,9 mln. manat proqnoza qarşı 42315,3 mln. manat, yaxud 5554,4 mln. manat və ya 15,1% çox icra olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat qeyd olunub.  

 

Bu göstərici 2021-ci illə müqayisədə 8411,6 mln. manat və ya 24,8% çoxdur. 

 

İcmal büdcənin xərcləri 35640,9 mln. manat proqnoza qarşı 35068,1 mln. manat və ya 1,6% az icra olunub. Bu da 2021-ci ilə nisbətən 5077, 6 mln. manat və ya 16,9% faiz çoxdur. 2022-ci ilin icmal büdcəsində 7247,2 mln. manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 6,5 dəfə çoxdur.

 

Bundan əlavə, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29197,8 mln. manat proqnoza qarşı 30679,6 mln. manat təşkil edib və ya 1481,8 mln. manat, yaxud 5,1%, 2021-ci illə müqayisədə isə 4283,3 mln. manat və ya 16,2% çox olub.  

 

Büdcə gəlirlərinin 50,7%-i İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 18,4%-i Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, 25,8%-i Dövlət Neft Fondundan, 2,6%-i dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 2,5%-i sair mənbələrdən daxil olub.  

 

2018-2022-ci illərdə icra olunmuş dövlət büdcəsinin gəlirləri 8170,7 mln. manat ya 36,3% artıb. 2022-ci ildə qeyri-neft sektoru üzrə daxilolmalar 15350,0 mln. manat və ya proqnozla nəzərdə tutulduğundan 1689,7 mln. manat və ya 12,4%, 2021-ci illa müqayisədə isə 2490,0 mln. manat və ya 19,4% çox olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər