Modern.az

Ötən il ən çox bu sahələrə pul xərclənib - HESABAT

Ötən il ən çox bu sahələrə pul xərclənib - HESABAT

17 Mart 2023, 11:03

2022-ci il üçün dövlət büdcəsinin xərcləri 32063,1 mln. manat və ya 99,3% səviyyəsində icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4640,7 mln. manat və ya 16,9% çoxdur. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

2022-ci ildə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə öhdəliklər tam və vaxtında maliyyələşdirilib. 2022-ci ildə 2021-ci illə müqayisədə təhsil xərclərinə 19,5% və ya 604,3 mln. manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə xərclərə 16,4% və ya 333,7 mln. manat, ətraf mühitin mühafizəsi xərclərinə 14,5% və ya 35,6 mln. manat, sosial müdafiə və sosial təminat xərclərinə 9,5% və ya 300,2 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 8,7% və ya 32,5 mln. manat, müdafiə və milli təhlükəsiz- lik xərclərinə 7,8% və ya 354,7 mln. manat, ümumi dövlət xidmətləri xərclərinə 3,2% və ya 125,4 mln. manat, kənd təsərrüfatı xərclərinə 1,1% və ya 9,7 mln. manat çox vəsait yönəldilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi