Modern.az

İqtisadi fəal əhalinin yeni statistikası

İqtisadi fəal əhalinin yeni statistikası

İqtisadiyyat

17 Mart 2023, 11:05

2023-cü il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5358,4 min nəfər olub, onlardan 5056,2 min nəfərini məşğul əhali təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

2023-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən muzdla çalışan işçilərin sayı 1733,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,3 min nəfər, qeyri-dövlət sektorunda isə 830,6 min nəfər təşkil edib.

 

İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1702,2 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,6%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,5%-i emal sənayesində, 7,1%-i tikintidə,3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

 

Xidmət sahəsində işləyənlərin 19,3%-i təhsil, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,0%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i istirahət, əyləncə və incəsənət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 2,0%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!