Modern.az

Bir ildə Prezidentin Ehtiyat Fondundan xərclənən vəsait 

Bir ildə Prezidentin Ehtiyat Fondundan xərclənən vəsait 

17 Mart 2023, 11:09

Əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra zəruri tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 517,9 mln. manat vəsait istifadə olunub.  

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Bu vəsaitin 28,6 mln. manatı sosial müdafiə, sosial təminat, mədəniyyət, idman, informasiya və bu kimi digər sosial tədbirlərə, 29,6 mln. manatı ölkənin əsas avtomobil yollarının yenidən qurulmasına, abadlıq və tikinti işlərinin həyata keçirilməsinə, 417,9 mln. manatı xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə, 41,8 mln. manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir