Modern.az

Vergi ödəyicilərinin bu qədər borcu var

Vergi ödəyicilərinin bu qədər borcu var

17 Mart 2023, 11:13

2022-ci il 1 yanvar tarixinə sosial sığorta üzrə 145,1 min vergi ödəyicisinin 199,7 mln. manat, işsizlik sığortası üzrə isə 20,8 min vergi ödəyicisinin 2,5 mln. manat məbləğində borcu olub.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Ümumilikdə 2022-ci il 1 yanvar tarixinə borclu vergi ödəyicilərindən daxilolma sosial sığorta haqları üzrə 51,9 mln. manat təşkil edib, 2023-cü il 1 yanvar tarixinə isə sosial sığorta üzrə 144,9 min vergi ödəyicisinin 213,3 mln. manat, işsizlik sığortası üzrə isə 24,3 min vergi ödəyicisinin 3,6 mln. manat məbləğində borcu olub. 2022-ci il 1 yanvar tarixinə icbari tibbi sığorta üzrə 33,5 min vergi ödəyicisinin 6,0 mln. manat borcu olmuş, həmin borclu vergi ödəyicilərindən daxilolma isə 3,9 mln. manat təşkil edib. 2023-cü il 1 yanvar tarixinə isə icbari tibbi sığorta üzrə 47,8 min vergi ödəyicisinin 12,0 mln. manat məbləğində borcu olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir