Modern.az

Metrodan istifadə edənlərin sayı kəskin ARTIB

Metrodan istifadə edənlərin sayı kəskin ARTIB

17 Mart 2023, 11:07

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti üzrə 2022-ci il ərzində ümumilikdə 208,7 mln., əvvəlki ilə nisbətən 2,3 dəfə və ya 118,5 mln. çox sərnişin daşınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Sərnişin dövriyyəsi 2021-ci ilə nisbətən 2,5 dəfə artaraq 2463,3 mln. sərnişin təşkil etmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Bakı Metropoliteni" QSC-yə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə ümumilikdə 94550,0 min manat vəsait ayrılıb. Ayrılan vəsaitdən 45000,0 min manatı əsaslı tikinti üçün, 49550,0 min manatı isə hərəkət tərkibinin yenilənməsi üçün nəzərdə tutulub.

 

Hesabat ilində ayrılmış vəsait hesabına "Xocəsən" elektrik deposunun I mərhələsi üzrə işlər tamamlanıb və istismara verilib. Bənövşəyi xəttin davamı olan "8 Noyabr"- "B-4" stansiyası arası mənzil tunellərində və “B-4” stansiyasında layihǝyǝ uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilib. Ayrılan vəsait çərçivəsində "Dərnəgül” elektrik deposunda və "Xətai"-"Y-20" (Yeni Günəşli) sahəsi üzrə obyektlərin mühafizəsi və həmin obyektlərə xidmət üzrə işlər davam etdirilib. Həmçinin Rusiya Federasiyasının "Metrovaqonmaş" ASC-dən innovasiya baxımından müasir, 4-cü nəslə aid 20 metro vaqonu alınmış, istismar müddətini başa vurmuş 10 ədəd vaqon balansdan silinib. Hesabat ilində "Bakı Metropoliteni” Qapalı Səhm- dar Cəmiyyəti üzrə metro vaqonlarının inventar parkı 329 ədəd təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir