Modern.az

Azərbaycan elektrik enerjisi istehsalını ARTIRIB

Azərbaycan elektrik enerjisi istehsalını ARTIRIB

İqtisadiyyat

17 Mart 2023, 09:54

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları (İES) üzrə 4 998,8 milyon kVt/st, su da daxil olmaqla bərpa olunan mənbələr üzrə isə 178,1 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

 

Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter"də məlumat yayıb.

 

"Operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə elektrik enerjisinin istehsalı 5,8 % artaraq 5 176,9 milyon kVt/st olub. İxrac 840 milyon kVt/st, idxal isə 21 milyon kVt/st təşkil edib", - deyə nazir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama