Modern.az

Kirayə mənzilə tələbat 2 dəfə ARTIB 

Kirayə mənzilə tələbat 2 dəfə ARTIB 

İqtisadiyyat

17 Mart 2023, 11:17

Satmaq öhdəliyi ilə kirayə müqaviləsini bağlamaq üçün vətəndaşlar tərəfindən müraciətlər 2022-ci il ərzində həm "Elektron ipoteka və kredit zəmanət" sistemi, ham də "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri vasitəsilə Fonda ünvanlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

2022-ci il 31 dekabr tarixinə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi vasitəsilə yaşayış sahəsinin əldə edilməsi məqsədilə 25,5 mindən çox vətəndaş "Elektron ipoteka və kredit zəmanət" sistemində şəxsi kabinet açıb, 11,4 min vətəndaş isə satmaq öhdəliyi ilə kirayə müqaviləsini bağlamaq üçün müvafiq sənədləri təqdim etməklə öz müraciətini təsdiq edib.

 

Beləliklə, 2022-ci il ərzində 1675 mənzil mexanizm çərçivəsində vətəndaşlara təhvil verilib ki, bu da əvvəlki illə müqayisədə təqribən 2 dəfə çoxdur. Ümumilikdə, hazırkı dövrədək 2957 mənzil vətəndaşlara bu mexanizm çərçivəsində təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?