Modern.az

Azad edilmiş ərazilərdə taxıl əkinlərinin sahəsi AÇIQLANDI

Azad edilmiş ərazilərdə taxıl əkinlərinin sahəsi AÇIQLANDI

İqtisadiyyat

17 Mart 2023, 11:22

Ötən il ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində buğdanın yüksək məhsuldar yerli sortlarından istifadə edilməklə əkin sahələrinin genişləndirilməsi və idxaldan asılılığın azaldılması məqsədilə azad edilmiş ərazilərdə əkin işləri aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Sənəddə bildirilib ki, Ağdam rayonunda 5,5 min hektar, Cəbrayıl rayonunda 14,8 min hektar, Füzuli rayonunda 3,2 min hektar, Qubadlı rayonunda 14,1 min hektar, Zəngilan rayonunda 7,7 min hektar, Laçın rayonunda 2 min hektar, Xocavənd rayonunda 521 hektar olmaqla, ümumilikdə 48, 7 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilib və həmin torpaq sahələrini 38,2 min hektarında payızlıq buğda, 9,6 min hektarında isə arpa əkilib. Zəngilan rayonunda 450 hektar sahədə yazlıq arpa, 400 hektar sahədə yazlıq buğda, 300 hektar sahədə vələmir, 50 hektar sahədə qarğıdalı, Qubadlı rayonunda 290 hektar sahədə yazlıq arpa, 50 hektar sahədə qarğıdalı, Ağdam rayonunda 300 hektar, Cəbrayıl rayonunda 260 hektar, Füzuli rayonunda 12,8 hektar, Xocavənd rayonunda 162 hektar sahədə yazlıq arpa əkini aparılıb. İşğaldan azad edilmiş ərazilərdə biçinin həyata keçirilməsi üçün ayrılmış 10 ədəd yeni kombayn və digər rayonlardan dislokasiya edilmiş 20 ədəd kombayn hesabına 15 min hektara yaxın sahənin biçini təmin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!