Artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək - RƏSMİ

Artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək - RƏSMİ

İqtisadiyyat

17 Mart 2023, 11:53

2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

 

O vurğulayıb ki, bu tədbirlər əhalinin real gəlirlərinin qorunmasına və inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb.

 

"2023-cü ilin əvvəlindən sosial artımları özündə ehtiva edən sosial islahatlar davam etdirilib. Ümumilikdə, 2023-cü ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək".

Twitter
Sizə yeni tvit var
Keçid et
Bütün silahlardan istifadə ediləcək, ordu bu şəhərlərə girəcək