Modern.az

\"Amazon\"dan çıxarılan işçilərin sayı 27 minə çatdı

\

20 Mart 2023, 20:37

Bu gün ABŞ-ın "Amazon" e-ticarət şirkəti 9000 nəfərin işdən çıxarılmasına qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Endi Cesse məlumat verib.

 

O, işçilərin çıxarılmasını iqtisadi qeyri-müəyyənlik fonunda şirkətin xərclərinin azaldılması zərurəti ilə əlaqələndirib.

 

İlin əvvəlində şirkət 18000 nəfəri işdən çıxarıb, bununla da "Amazon"da ixtisar edilən işçilərin sayı 27 minə çatıb.

 

Qeyd edək ki, son dövrlərdə texnologiya sahəsində fəaliyyət göstərən şirkətlərdə ciddi ixtisarlar həyata keçirilir. Keçən il texnologiya sahəsində çalışan 150 ​​000-dən çox, 2023-cü ilin əvvəlindən isə 139 000-dən çox işçi ixtisar edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir