Modern.az

Ukraynaya dəyən ziyan açıqlandı - 411 milyard...

Ukraynaya dəyən ziyan açıqlandı - 411 milyard...

23 Mart 2023, 00:38

Dünya Bankı Ukraynada müharibənin nəticələrinin aradan qaldırılması üçün xərclənəcək vəsaitlərin smetasına yenidən baxıb.

 

Modern.az xəbər verir ki, təşkilat bu barədə yeni hesabatında qeyd edib.

 

Bildirilib ki, bundan əvvəl 349 milyard dollar hesablanan bərpa-quruculuq işlərinin dəyəri 411 milyard dollara çatıb.

 

"Dünya Bankı, Ukrayna hökuməti, Avropa Komissiyası və BMT mütəxəssislərinin birgə qiymətləndirməsi nəticəsində ortaya çıxan yeni məbləğ Ukraynanın 2022-ci il üçün proqnozlaşdırılan ümumi daxili məhsulundan 2,6 dəfə çoxdur", - hesabatda qeyd olunub.

 

Xatırladaq ki, Dünya Bankı müharibə nəticəsində iqtisadiyyatı ciddi təsirə məruz qalan Ukraynaya mütəmadi olaraq maliyyə ayırır. 2023-cü ilin fevralında təşkilat Kiyevə “qrant yardımı şəklində” 2,5 milyard dollar ayırıb. Ötən il dekabrın sonunda Ukraynaya “təcili ehtiyacların ödənilməsi üçün” 610 milyon dollar verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır