Modern.az

İqtisadiyyatda son 30 ilin ən böyük AZALMASI

İqtisadiyyatda son 30 ilin ən böyük AZALMASI

İqtisadiyyat

28 Mart 2023, 10:16

Qlobal iqtisadiyyatın inkişaf sürəti son 30 ilin ən aşağı səviyyəsinə enəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının (DB) yeni hesabatında bildirilib.

 

Hesabatda qeyd edib ki, 2022-ci ildən 2030-cu ilə qədər olan dövrdə qlobal ümumi daxili məhsulun orta artımı ildə təxminən 2,2% təşkil edəcək (2011-2021-ci illərdə 2,6% olub). Artım həm inkişaf etmiş ölkələrdə (1,4%-dən 1,2%-ə enəcək), həm də inkişaf etməkdə olan ölkələrdə (5%-dən 4%-ə) yavaşlayacaq.

 

Dünya Bankı qlobal artımın zəifləməsinə əsəs səbəb kimi COVID-19 pandemiyasının nəticələrini və Rusiyanın Ukraynadakı müharibəsini göstərir. Hesabatda yavaşlamanın daha da arta biləcəyi istisna edilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi