Modern.az

Bugünkü hərracda banklara 96 milyon dollar satılıb

Bugünkü hərracda banklara 96 milyon dollar satılıb

İqtisadiyyat

28 Mart 2023, 12:09

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

 

Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə, hərracda tələb 96,3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 

"Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır", - açıqlamada deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi