Modern.az

Bu şəxslərin maaşı 856 manat oldu

Bu şəxslərin maaşı 856 manat oldu

İqtisadiyyat

29 Mart 2023, 17:12

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 086,9 manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

 

Məlumata görə, paytaxtda orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5 % artıb.

 

Xatırladaq ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,8 % artaraq 856,2 manata çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza