Modern.az

Azərbaycan və Macarıstan arasında müqavilə imzalandı

Azərbaycan və Macarıstan arasında müqavilə imzalandı

İqtisadiyyat

30 Mart 2023, 12:04

Azərbaycan İnvestisiya Şirkəti ASC və Macarıstanın Hell Energy şirkəti arasında investisiya müqaviləsi imzalanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.

 

"Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi davam edir.

 

Azərbaycan İnvestisiya Şirkəti ASC və Macarıstanın Hell Energy şirkəti arasında imzalanmış investisiya müqaviləsi ölkələrimizin biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətli addımdır", - nazir yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi