Modern.az

Ölkəmizin xalis maliyyə aktivləri ARTIB

Ölkəmizin xalis maliyyə aktivləri ARTIB

İqtisadiyyat

30 Mart 2023, 13:50

2022-ci il üzrə ölkənin xalis maliyyə aktivləri 7,8 milyard ABŞ dolları artıb.

 

Modern.az Azərbaycan Mərkəzi Bankın dərc etdiyi “Tədiyə balansı üzrə” hesabatına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilən birbaşa investisiyalar (0,2 milyard dollar), portfel investisiyaları (1,2 milyard dollar) və digər investisiyalar (6,4 milyard dollar) hesabına formalaşıb.

 

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 4,7 milyard dollar azalıb ki, bu da xaricdən cəlb olunan xalis birbaşa investisiyalar (- 4,9 milyard dollar), neft bonusu (452,2 milyon dollar), portfel investisiyaları (- 634,3 milyon dollar) və digər investisiyalar (403,2 milyon dollar) hesabına formalaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!