Modern.az

“Fitch”dən Azərbaycanla bağlı müsbət PROQNOZ

“Fitch”dən Azərbaycanla bağlı müsbət PROQNOZ

İqtisadiyyat

1 Aprel 2023, 09:14

“Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

 

Modern.az xəbər verir ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənir.

 

Bildirilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2022-ci ildə 5,9 milyard ABŞ dolları artaraq, 58 milyard dollara çatıb. Fitch Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 2023-2024-cü illərdə 10,9 faiz bənd artaraq, ÜDM-in 68,7 faizinə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!