Modern.az

Manatın dövretmə sürətində cüzi ARTIM

Manatın dövretmə sürətində cüzi ARTIM

1 Aprel 2023, 12:05

Bu il martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,1 bənd təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

 

Bu göstərici 2023-cü ilin fevralın 1-i ilə müqayisədə 0,08 bənd çox, yanvarın 1-i ilə müqayisədə 0,43 bənd, 2022-ci ilin martın 1-nə nisbətən isə 0,9 bənd azdır.

 

Manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir