Modern.az

İranda inflyasiya kəskin artacaq

İranda inflyasiya kəskin artacaq

1 Aprel 2023, 23:22

İran hökumətinin təklif etdiyi yeni büdcə real deyil və 400 trilyon tümənə yaxın büdcə kəsiri olacaq.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib.

 

O qeyd edib ki, hökumət alternativ mənbə tapmasa, büdcə kəsirini xalqın cibindən götürməli olacaq.

 

"Bu isə kəskin inflyasiya və bahalığın şiddətlənməsi ilə nəticələnəcək”, - deputat xəbərdarlıq edib.

 

Qeyd edək ki, İranda iqtisadi böhran hökm sürür. Müxtəlif hesablamalara görə, əhalinin 80%-i artıq yoxsulluq həddində yaşayır. Ekspertlər hesab edirlər ki, iqtisadi vəziyyət potensial sosial iğtişaşlara səbəb ola bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi