Modern.az

Asiya İnkişaf Bankının Azərbaycanla bağlı PROQNOZU

Asiya İnkişaf Bankının Azərbaycanla bağlı PROQNOZU

İqtisadiyyat

4 Aprel 2023, 09:24

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3,5 % çox olacağını proqnozlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.

 

Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə 0,7 faiz bəndi çoxdur. Bank gələn il isə Azərbaycanda 3,8 % iqtisadi artım gözləyir.

 

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4,4 % (əvvəlki proqnoza nisbətən 0,2 faiz bəndi çox), gələn il isə 4,6 % böyüyəcəyini proqnozlaşdırır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza