Modern.az

Ölkəmizdə ən böyük körpünün tikintisinə BAŞLANILIR

Ölkəmizdə ən böyük körpünün tikintisinə BAŞLANILIR

6 Aprel 2023, 15:44

Azərbaycanda ən böyük körpünün inşasına başlanacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsi ilə bağlı bu gün Bakıda keçirilən ictimai dinləmədə "Gidrotransproyekt" Elmi Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev deyib.

 

O bildirib ki, yeni körpü Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda inşa ediləcək: "Həmin ərazi sürüşmə zonası olduğundan orada böyük körpünün inşası planlaşdırılıb. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI