Modern.az

“Microsoft”un Azərbaycanı əhatə edən mərkəzi bu ölkədə olacaq

“Microsoft”un Azərbaycanı əhatə edən mərkəzi bu ölkədə olacaq

10 Aprel 2023, 12:00

ABŞ-ın “Microsoft” şirkəti Qazaxıstanda regional mərkəz yaradır.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb. 

 

Bildirilir ki, şirkətin Qazaxıstanda multiregional qovşağının yaradılması barədə razılıq əldə edilib. Qovşaq Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcək.

 

Açıqlamada qeyd olunur ki, Qazaxıstanın "Microsoft"un texnoloji inkişafı və innovasiya mərkəzi olması hədəflənir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI