Modern.az

Kriptovalyuta bazarında canlanma - Qiymətlər bahalaşır 

Kriptovalyuta bazarında canlanma - Qiymətlər bahalaşır 

11 Aprel 2023, 08:07

Kriptovalyuta bazarında "Bitkoin"in qiyməti 30 min dolları keçib.

 

Modern.az xəbər verir ki, bu barədə "CoinMarketCap" platformasında məlumat yer alıb.

 

Əsas kriptovalyuta birjalarında "Bitkoin" sonuncu dəfə 10 iyun 2022-ci ildə bu qədər dəyərə sahib olub.

 

Bakı vaxtı ilə saat 06:23-ə olan məlumata görə, "Bitkoin"in qiyməti təqribən 30,3 min dollar təşkil edib. Kriptovalyuta bir gündə təxminən 7%, bir həftə ərzində isə 9% bahalaşıb. "Ethereum" kripotovalyutasının dəyəri isə 4% artaraq 1,9 min dollar olub.

 

Mart ayında ABŞ bank bazarında bir sıra kredit təşkilatlarının müflisləşməsi nəticəsində yaranan problemlər investorların yenidən kriptovalyutalara maraq göstərməsinə səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI