Modern.az

Türkiyə ilə Gürcüstan arasında ticarət REKORDU

Türkiyə ilə Gürcüstan arasında ticarət REKORDU

11 Aprel 2023, 16:26

Türkiyə ilə Gürcüstan arasında ikitərəfli ticarətin həcmi rekord həddə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Daily Sabah"a müsahibəsində Gürcüstanın Ankaradakı səfiri Corc Cancqava məlumat verib.

 

O qeyd edib ki, 2022-ci ildə Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olub. Statistik məlumatlara görə, ticarət dövriyyəsi 2,81 milyard dollar təşkil edib.

 

“Bu, iki ölkə arasında ən yüksək tarixi göstəricidir, 2021-ci ildəki göstəricidən təxminən 655 milyon dollar çoxdur”, - deyə səfir Cancqava bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI