Modern.az

Azərbaycanda buğda istehsalı azalıb

Azərbaycanda buğda istehsalı azalıb

İqtisadiyyat

12 Aprel 2023, 09:56

2021-ci ildə ölkə üzrə ümumi buğda əkini sahəsinin həcmi 572 min 309 hektar olmaqla 2020-ci illə müqayisədə 16 min 106 hektar və ya 2,7%, 2019-cu illə müqayisədə isə 97 min 711 hektar və ya 14,6% azalıb.

 

Modern.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

 

Məlumata görə, istehsal olunmuş buğdanın miqdarı 2021-ci ildə 1885,4 min ton təşkil edərək 2020-ci ilə nisbətən 18,1 min ton və ya 1% artsa da, 2019-cu illə müqayisədə 286,1 min ton və ya 13,2% azalıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI