Modern.az

Bankların kredit qoyuluşu 20 milyard manatı keçdi

Bankların kredit qoyuluşu 20 milyard manatı keçdi

İqtisadiyyat

19 Aprel 2023, 14:22

Bu il aprelin 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 20 038,6 milyon manat təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib.

 

Məlumata görə, bu, martın 1-i ilə müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 2,3 %, illik müqayisədə isə 14,3% çoxdur.

 

Xatırladaq ki, sonuncu dəfə bankların kredit qoyuluşu 1 fevral 2016-cı ildə 20 milyard manatdan çox - 20 603,9 milyon manat olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI