Modern.az

Vergi daxilolmaları 75 faizə yaxın artıb

Vergi daxilolmaları 75 faizə yaxın artıb

İqtisadiyyat

21 Aprel 2023, 07:20

Sahibkarlar üçün biznes mühitinin təkmilləşdirilməsi, biznesin leqal fəaliyyətinin genişlənməsi, yeni yanaşmalar, vergiödəyiciləri ilə təmassız münasibətlər və rəqəmsal xidmətlərin əhatəsinin genişləndirilməsi büdcə gəlirlərinin artmasına müsbət təsir edir.

 

Dövlət Vergi Xidmətindən Modern.az-a bildirilib ki, cari ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat həcmində vergi daxil olub.

 

Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz və ya 2,1 milyard manat artım deməkdir.

 

Qeyri-neft-qaz sektorunda daxilolmalar 2 milyard 618 milyon manat təşkil edib. 2022-ci ilin I rübü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 16,4 faiz çox olub. DVX-nin xətti ilə bu ilin üç ayı ərzində proqnozdan əlavə 1,1 milyard manatdan çox vəsait toplanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI