27 aprel 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə, hərracda tələb 31,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.