Azərbaycandakı banklar 2023-cü ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıblar.
Modern.az "Marja"ya istinadən xəbər verir ki, 25 bankın 24-ü ilk rübü xalis mənfəət ilə başa vurub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bank sektoru (25 bank) 2023-cü ilin 1-ci rübünü 267 milyon 863 min manat xalis mənfəət ilə başa vurub.