Modern.az

Gürcüstan və İsrail azad ticarətə hazırlaşır

Gürcüstan və İsrail azad ticarətə hazırlaşır

2 May 2023, 11:44

İsraildə səfərdə olan Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı nazirlər ölkələr arasında azad ticarət sazişinin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı araşdırmanın başa çatdırılması haqqında bəyannamə imzalayıb.

 

Tərəflər yaxın vaxtlarda azad ticarət sazişi ilə bağlı konkret danışıqlara başlayacaqlar.

 

Qeyd edək ki, Gürcüstanın Çin, Honq-Konq, Türkiyə, Böyük Britaniya, Aİ, MDB ölkələri və Avropa Azad Ticarət Assosiasiyası ilə azad ticarət sazişi var.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI