Modern.az

Azərbaycan nefti rekord həddə UCUZLAŞDI

Azərbaycan nefti rekord həddə UCUZLAŞDI

İqtisadiyyat

3 May 2023, 09:40

"Azeri Light" markalı Azərbaycan nefti 5 dollara yaxın ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,76 ABŞ dolları, yaxud 5,86 % azalaraq 79,04 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir