Modern.az

Neftin həcmi artarsa, bizi yalnız sevindirər

Neftin həcmi artarsa, bizi yalnız sevindirər

3 May 2023, 19:05

"Bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik. Neftin həcmi artarsa bu, bizi yalnız sevindirər. Gələcəkdə daha çox tranzit haqlarını kim istəməz ki?".

 

Modern.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

 

Prezident qeyd edib ki, Azərbaycan həmişə Xəzərin o tayındakı qonşularımızın öz resurslarının ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməsi ilə bağlı planlarını dəstəkləyib.

 

Uzun illər ərzində Türkmənistan neftinin Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: “Bütün bunlar kommersiya məsələləridir. Hesab edirəm ki, biz müəyyən geosiyasi dəyişiklikləri, siyasi üstünlükləri axtarmamalıyıq. Bilirsiniz, əgər Rusiya daha sərfəli olduğu üçün neftini Bakı-Tbilisi-Ceyhanla nəql etməyə qərar verərsə, əlbəttə ki, onlar bunu edəcəklər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir