Modern.az

Azərbaycan “Bir kəmər, bir yol”u dəstəkləyir 

Azərbaycan “Bir kəmər, bir yol”u dəstəkləyir 

3 May 2023, 23:58

“Bir kəmər, bir yol” təşəbbüsü həmişə Azərbaycan tərəfindən dəstəklənib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında deyib.

 

Azərbaycanın xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunduğunu söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb: “Biz çox nikbin fikirdəyik. Nikbinliyi artıran, ilk növbədə, odur ki, biz öz üzərimizə düşən işi çox yaxşı yerinə yetirmişik. Nəqliyyat infrastrukturunu müasirləşdirmək və daha çox imkanlar yaratmaq üçün onu tamamilə müasirləşdirmişik və hələ də son tamamlama işlərini görürük. Eyni zamanda, Mərkəzi Asiya tərəfindən bizim infrastrukturumuzu istifadə etməyə böyük maraq var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir