Modern.az

Azərbaycan nefti 4 dollara yaxın UCUZLAŞDI

Azərbaycan nefti 4 dollara yaxın UCUZLAŞDI

4 May 2023, 09:24

"Azeri Light" markalı Azərbaycan nefti 5 faizdən çox ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,94 ABŞ dolları, yaxud 4,98 % azalaraq 75,10 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir