Modern.az

Komitə sədri sahibkarların şikayət məsələsinə aydınlıq gətirdi

Komitə sədri sahibkarların şikayət məsələsinə aydınlıq gətirdi

4 May 2023, 12:29

Yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən şikayət verilməsi qaydası dəqiqləşdiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

 

“Belə ki, təklifə əsasən qərarları və hərəkətləri barəsində şikayət olunan yoxlayıcı orqanların (yoxlayıcıların) yuxarı dövlət orqanı olmadıqda, sahibkarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana şikayətlə müraciət edə bilərlər. Bu dəyişikliklərin qəbul edilməsi sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək”,- deyə komitə sədri bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?