Əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti həyata keçirməsi üçün 2022-ci ildə Dövlət Miqrasiya Xidməti 4.674 nəfərə iş icazəsi verib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.
Məlumata görə, onlardan 2.875 nəfərin müvafiq icazələrinin müddətini uzadılıb, qanunsuz əmək fəaliyyətinə cəlb etmiş 200 işəgötürəni inzibati qaydada cərimələyib.