Modern.az

Azərbaycan Aİ-nin əsas ticarət tərəfdaşıdır - Ceyhun Bayramov

Azərbaycan Aİ-nin əsas ticarət tərəfdaşıdır - Ceyhun Bayramov

İqtisadiyyat

8 May 2023, 10:58

“Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) ən böyük ticarət investoru və strateji enerji tərəfdaşıdır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 8-də Vilnüsdə litvalı həmkarı Gabrielius Landsberg ilə görüşündən sonra keçirilən brifinqdə deyib.

 

O qeyd edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür.

 

Nazir Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tranzit ölkə kimi rolunun daha da artacağını vurğulayıb.

 

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan ərazisindən keçən tranzit həcmi təxminən 75% artıb.

 

Xarici işlər naziri qeyd edib ki, parlamentlərarası əməkdaşlıq Aİ ilə Azəbaycan arasında əməkdaşlığın mühüm istiqamətidir: “Bunun üçün parlamentlərarası münasibətlər çərçivəsində dostluq qrupları arasında əlaqələrin daha da genişləndirilməsi vacib əhəmiyyətə malikdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI