Modern.az

Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən biridir

Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən biridir

10 May 2023, 10:34

Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib.

 

Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: “Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama