Modern.az

Avropa üçün neft qiymətləri qaldırıldı

Avropa üçün neft qiymətləri qaldırıldı

10 May 2023, 19:34

İraq və Səudiyyə Ərəbistanı Avropadakı alıcılar üçün neft qiymətini qaldırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Nəşr bildirib ki, Bağdadın iyun ayında təyin etdiyi "Basrah Medium" neftinin qiyməti son bir ildə ən yüksək həddə çatıb.

 

Ər-Riyad da Avropa üçün "qara qızıl"ın qiymətini artırıb. Agentliyin məlumatına görə, Asiyadan olan alıcılar üçün neftin qiyməti dəyişməz qalıb, hətta bir qədər ucuzlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?