Modern.az

SOCAR-ın Türkiyəyə yatırdığı investisiyanın həcmi açıqlandı

SOCAR-ın Türkiyəyə yatırdığı investisiyanın həcmi açıqlandı

İqtisadiyyat

12 May 2023, 12:36

SOCAR-ın Türkiyəyə ümumi investisiyaların həcmi 18 milyard ABŞ dolları təşkil edir.

 

Modern.az xəbər verir ki, bu barədə "SOCAR Türkiyə" Emal və Neft-Kimya bölməsinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, investisiyaların 10 milyard ABŞ dolları yalnız İzmir şəhərinin Əliağa bölgəsinə edilib.

 

Qeyd olunub ki, bu gün "SOCAR Türkiyə"nin neft-kimya məhsullarında bazar payı 12 % təşkil edir: "Şirkət ölkənin neft məhsullarına olan tələbatın 25 %-inin qarşılaya bilir".

 

Həmçinin vurğulanıb ki, "SOCAR Türkiyə" Türkiyənin dizel yanacağında olan ehtiyacını 20-25 %-ni təmin edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!