Modern.az

Avropa Bankından Azərbaycanla bağlı PROQNOZ

Avropa Bankından Azərbaycanla bağlı PROQNOZ

16 May 2023, 10:30

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanla bağlı proqnozunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bank yaydığı hesabatda ölkəmizin real ÜDM-in artımını yenidən 2,5% proqnozlaşdırıb.

 

Hesabatda bankın 2024-cü il üzrə müəyyən etdiyi 2,7%-lik iqtisadi artım proqnozu dəyişməyib.

 

AYİB bildirib ki, ötən il iqtisadiyyata böyük valyuta daxilolmaları olduğu üçün qeyri neft-qaz sektorunda 9% artım, ümumi istehsalda isə 4,6% artım olub. Neft və qazın yüksək qiymətləri ixrac gəlirlərini artırıb, eyni zamanda Azərbaycan əsilli Rusiya vətəndaşlarının hesabına xalis pul köçürmələri 6 dəfə artıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI