2023-cü ilin yanvar-mart aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4 faiz artaraq 7523,2 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 4656,4 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 faiz azalaraq 2866,8 milyon manat təşkil edib.
İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb