Bakıda çalışan vətəndaşların orta aylıq maaşı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artıb.
Hesabat dövründə orta aylıq əməkhaqqı 1083,0 manat təşkil edib.