Modern.az

“Meta” rekord məbləğdə cərimələndi - 1.2 milyard...

“Meta” rekord məbləğdə cərimələndi - 1.2 milyard...

22 May 2023, 14:14

"Facebook", "Instagram" və "Whatsapp" tətbiqlərinin sahibi olan "Meta" şirkəti 1.2 milyard avro cərimələnib.

 

Modern.az xəbər verir ki, cəriməni İralandiyanın Məlumatların Mühafizəsi üzrə Müvəkkili tətbiq edib.

 

Şirkət Avropadakı istifadəçilərin məlumatlarını ABŞ-a ötürməkdə ittiham edilir. İrlandiya məlumatların ötürülməsinin dayandırılması üçün şirkətə 5 ay vaxt verib.

 

"Meta" cəriməni "əsassız və lazımsız" adlandırıb və qərardan şikayət verəcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI